Sevinc Məhərrəmova  İsmayıl

Sevinc Məhərrəmova İsmayıl

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Avesis链接
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Məhərrəmova Sevinc ismayıl qızı 29 yanvar 1975-ci ildə Tovuz şəhərində anadan olmuşdur.
1997-ci ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Texnologiya və Dizayn fakültəsinin «Çörək, makaron, unlu qənnadı məmulatları və qida konsentratları texnologiyası» ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.
1999-cu ildə bu ixtisas üzrə magistr pilləsini bitirmişdir.
1999-cu ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun «Çörək, makaron, unlu qənnadı məmulatları və qida konsentratları texnologiyası» kafedrasında böyük laborant vəzifəsində çalışmışdır.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində «Çörək məhsullarının texnologiyası» kafedrasında assistent vəzifəsinə qəbul olunmuşdur.
«Qida məhsullarının texnologiyası» kafedrasında assistent vəzifəsində çalışıb.
2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya institutunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

25 elmi əsərin, o cümlədən 4 fənn proqramının müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI