Solmaz  Həsənova

Solmaz Həsənova

Avesis链接

Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Həsənova Solmaz Ədalət qızı 14 sentyabr 1977-ci il tarixdə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhəri Nəsimi rayonunun 247 nömrəli orta məktəbinin 1-ci sinfinə daxil olub və 1994-cü ildə həmin məktəbin 11-ci sinfini  bitirib.
1994-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsiniə qəbul olunub.
1998-ci ildə həmin fakültənin bakalavr pilləsini bitirib. 1998-ci ildə qeyd olunan ali məktəbin Mexanika-riyaziyyat fakültəsində magistraturaya qəbul olunub və 2000-ci ildə ali təhsilin maqistratura pilləsini bitirərək magistr elmi dərəcəsinə yiyələnib. Həmin ildə Kibernetika institutunda aspiranturaya qəbul olunub və 2005-ci ildə aspiranturanı bitirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat və statistika” kafedrasında baş müəllim vəzifəsində çalışıb. 
20.04.2022-ci tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.

 

10 elmi məqalənin, 6 tezisin və 1 tematik planın müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
2006-cı ildə  “Pilləvari məsələlər üçün Qursa-Darbu sistemlərinin tətbiqi” elmi işimi müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Ailəlidir, iki övladı var.