Yusif  Əliyev

Yusif Əliyev

Avesis链接
Həsən Əliyev 135, II tədris korpusu
+(99412) 440 57 49
y.aliyev@unec.edu.az

1977-ci ildə Saatlı Rayonunda anadan olmuşdur. Bakalavr təhsilini 2003-cü ildə Türkiyə Respublikası Selçuk Universitetində “Əlaqələr” (Communication) fakültəsində bitirmiş və 2005-ci ildə eyni universitetin Sosial Elmlər İnstitutunda eyni ixtisas üzrə magistratura təhsilini  tamamlamışdır. 2005-ci ildə Selçuk Universitetində Public Relations-Tanıtma sahəsində doktorantura proqramına qəbul olmuş və  Public Relations (İctimaiyyətlə əlaqələr) mövzusunda dissertasya işini müdafiə edərək proqramı müvəffəqiyyətlə tamamlamışdır.  Y.Əliyev ümumi iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

2007-ci ildən Türk dünyası iqtisad fakültəsində müəllimlik fəaliyyətinə başlamış  və 2014 cü ildən etibarən Türk dünyası iqtisad fakültəsində  dekan müavini  2024-cü ildən etibarən isə Türk dünyası iqtisad fakültəsində  dekan vəzifəsini icra edir.

Müxtəlif zamanlarda bir çox konfranslarda, forum və seminarlarda “İctimaiyyətlə əlaqələr-PR”, “Təşkilati davranış” və “Reklamçılıq”mövzularında məruzələrlə çıxış etmişdir. Beynalxalq Türk Dünyası İqtisad Konferansının koordinatoru və Beynalxalq Türk Dünyası İctimai Elmlər konfransının idarəetmə şurasının üzvüdür.