Zabit Aslanov Yunus
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
aslanov.zabit@mail.ru
+(994) 12 492-59-03 (13-24)
aslanov.zabit@mail.ru
Aslanov Zabit Yunus oğlu 23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.
1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.
1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir.
2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışıb.
Texnika üzrə elmlər doktoru, professordur.
Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının professorudur.

200 elmi-metodik əsərlərin, o cümlədən 9 dərslik, 4 dərs vəsaiti, 2 monoqrafiya, 1 ixtira, 28 proqram və 8 metodiki göstərişin müəllifidir.
SCOPUS və Web of Science indeksli jurnallarda 6 məqaləsi dərc olunub.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının qərarı ildə 2019-cu ildə “Qızıl Qələm” və “İlin alimi” Media Mükfatına layiq görülmüşdür.

Evlidir, iki övladı var.