UDID 程序

Kimlər müraciət edə bilər?

UDİD proqramına UNEC bakalavriat I kursu bitirən tələbələr, Minor proqramına digər universitetlərin də tələbələri

UDİD proqramına qeydiyyat

30 iyun -15 avqust

Minor proqramına qeydiyyat

30 iyun -15 avqust
01 fevral - 07 fevral

常见问题

UDİD ixtisası üzrə əldə edilən diplom müstəqil şəkildə magistratura təhsilini davam etdirməyə və həmin ixtisas üzrə peşə fəaliyyətini qurmağa imkan verir.

Minor Proqramından əldə edilən nəticələr təqaüd müsabiqəsinə təqdim edilən ÜOMG-yə daxil edilmir

Əsas ixtisas proqramınından məzun ola bilməyən tələbələrə “İxtisas üzrə Minor Təhsil Proqramı”ını uğurla başa vursalar sertifikatları təqdim olunur.

Minor fənləri üzrə nəticələr birinci ixtisasın diploma əlavəsində və akademik transkriptində qeyd olunmur. Proqramdan məzun olan tələbələrə Minor Proqramı üzrə akademik transkript verilir. 

Əsas ixtisas proqramından akademik məzuniyyət götürmüş tələbənin İxtisas üzrə Minor Təhsil Proqramından da akademik məzuniyyətdə hesab olunur və qayıtdıqdan sonra Proqramda iştirakını davam etdirir.

Tələbə iki semestr ardıcıl Minor fənləri üzrə üzrsüz səbəbdən qeydiyyatdan keçmədikdə və birinci ixtisas üzrə ÜOMG-si 60-dan aşagı düşdükdə Proqramdan xaric olunur.

Tələbə bakalavr təhsili müddətində yalnız bir “İxtisas üzrə Minor Təhsil Proqramı”na qeydiyyatdan keçə bilər.

Proqrama müraciət tarixinə qədər bakalavr proqramının bütün fənləri üzrə kreditlər qazanılmış olmalıdır və ÜOMG 65-dən yuxarı olmalıdır.

Minor Proqramı üzrə bütün kreditlər UNEC-də qazanılmalıdır.

Minor Proqramında iştirak könüllüdür və bu səbəbdən də imtiyazlar qüvvədə deyil.

Minor fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir. 

Eyni ixtisas qrupuna daxil olan ixtisas seçilibsə 4, fərqli ixtisas qruplarına aid ixtisaslar seçilibsə 5 fənn dinləmək lazımdır.

Tələbə UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən qoşulur.

Tələbə birinci ixtisas proqramından məzun olana qədər UDİD Proqramının iştirakçısı ola bilər. 

Tələbə öz arsuzu ilə UDİD Proqramından kənarlaşa bilər. Lakin Proqramdan kənarlaşan tələbə yenidən Proqrama bərpa olunmur. 

Tələbəyə UDİD Proqramı üzrə diplom yalnız birinci ixtisasdan məzun olmaq şərti ilə verilir.

UDİD Proqramı üzrə akademik borcu yaranan tələbə Yay semestrinə və təkrar imtahanlara qeydiyyatdan keçə bilər. 

Tələbə yalnız birinci ixtisası üzrə təqaüd müsabiqəsində iştirak edə bilər.

UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr tam ödənişsiz, UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olan olan tələbələr 50% güzəştlə təhsil ala bilərlər.

UDİD proqramı fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.

Ödəniş, tələbənin UDİD ixtisası üzrə dinlədiyi fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyənləşdirilir. Proqram üzrə maksimum kredit sayı 60-dır.

UDİD və Minor Proqramlarının yalnız birinə qoşulmaq olar. UDİD Pro     qramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.

UDİD Proqramının iştirakçısı UNEC tələbəsi olmalıdır.

Tələbə xarici dil biliyini sübut edən sənədi olarsa və ya universitetdə keçiriləcək xarici dil imtahanından yüksək nəticə əldə edərsə UDİD proqramına özünün tədris dilindən fərqli dildə iştirak edə bilər.

Tələbənin UDİD proqramına ilkin müraciət forması

联系方式