UNEC Qiyabi və əlavə təhsil mərkəzi UNEC-in təhsilin bakalavriat səviyyəsində qiyabi təhsil forması və əlavə təhsilin istiqamətləri üzrə tədris prosesini həyata keçirən, həmçinin UNEC üzrə Yay semestrini təşkil edən struktur bölmədir.
Qiyabi təhsil. Qiyabi təhsil seçimini edən abituriyenlər adətən çalışanlar, ya da ikinci təhsil alanlardır. Bu təhsil formasının əsas xüsusiyyəti işləyərək oxumaq imkanının əldə olunmasıdır. Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Çünki Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsil alan şəxslərə işləmək icazəsi verilmir.
Təkrar ali təhsil. Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
*
Qiyabi şöbə üzrə ixtisaslar
Təkrar ali təhsil üzrə ixtisaslar