Departament universitetin elmi potensialının inkişaf etdirilməsi, elmi tədqiqatların təşkili və idarə olunması üzrə funksiyaları yerinə yetirir.
UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Departamentin əsas məqsədi UNEC-də elmi fəaliyyətin səmərəli şəkildə təşkili, universitetin elmi potensialının inkişaf etdirilməsi, innovativ
və tətbiqyönlü tədqiqatların dəstəklənməsi və beynəlxalq elmi mühitə inteqrasiyasını təmin etmək və s. Departamentin əsas funksiyalarına universitetdə elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası, elmi tədbirlərin təşkili, tədqiqat layihələrinin idarə olunması və s. aiddir.
Departamentin tərkibində fəaliyyət göstərən şöbə:
Elmi fəaliyyətin təşkili şöbəsi