Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti

Departament universitetin elmi potensialının inkişaf etdirilməsi, elmi tədqiqatların təşkili və idarə olunması üzrə funksiyaları yerinə yetirir.

 

UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.

Departamentin əsas məqsədi UNEC-də elmi fəaliyyətin səmərəli şəkildə təşkili, universitetin elmi potensialının inkişaf etdirilməsi, innovativ və tətbiqyönlü tədqiqatların dəstəklənməsi və beynəlxalq elmi mühitə inteqrasiyasını təmin etmək və s.-dir. Departamentin əsas funksiyalarına universitetdə elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası, elmi tədbirlərin təşkili, tədqiqat layihələrinin idarə olunması və s. aiddir.

Departament xəbərləri

02 may 2025
UNEC-də “Yeni elmi jurnalların təsis edilməsi və beynəlxalq bazalarda indekslənməsi qaydaları”mövzusunda təlim keçirilib
18 aprel 2025
UNEC-də Qrant layihələrinin yazılması və idarə olunması üzrə təlimlərə start verilib
09 oktyabr 2024
UNEC-də “Yaşıl iqtisadiyyat gənc tədqiqatçıların və tələbələrin gözü ilə” mövzusunda elmi seminar keçirilib

Əlaqə

Bakı, İstiqlaliyyət küçəsi, 6. Əsas korpus, I mərtəbə

Telefon

+(994) 12 492-72-98 ; 492-58-31; 18-46 (daxili: 1118)

E-poçt

z.mamedov@unec.edu.az

Digər departmentlər