Elman  İbişov  İbiş

Elman İbişov İbiş

İAETİ-də böyük elmi işçisi, i.e.n., dosent

رابط Avesis
elman_Ibishov @unec.edu.az
+(994) 12 492-72-11 ; +(994) 12 492-59-03 (11-58) ; +(994) 12 492-32-86
Bakı, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)

1963-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Ağsu rayonun Gəgəli kəndində anadan olub.
1971-1981-ci illərdə orta məktəbdə təhsil alıb. Müxtəlif illərdə kimya üzrə Respublika olimpiadasının iştirakçısı və mükafatçısı olub.

1982-1984-cü illərdə Almaniyanın Vurtsen şəhərində hərbi xidmətdə olub.
1984-1988-  Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu, Qeyri ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili.
1990-1992. Sankt-Peterburq Maliyyə və İqtisad Universiteti- Iqtisad elmlər namizədi
1988-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Qeyri-ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1990-1992-ci illərdə Sankt-Peterburq Maliyyə və İqtisad Universitetinin əyani aspiranturasında oxuyub.
1992-ci ildə „Müəssisələrdə Marketinqin tədqiq edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
2002-ci ildən “Milli bazarın qloballaşması prosesində kompleks marketinq tədqiqatlarının təşkili problemləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi tədqiqatlar aparır.
1993-2013- Azərbaycan Dövlət İqtisad Universiteti- Laboratoriya müdiri, müəllim, baş müəllim, dosent.
2013 (sentyabr) – bu günə kimi - Azərbaycan Dövlət İqtisad Universiteti, İA ETİ,
“ Biznesin idarə edilməsi“ kafedrası- Böyük elmi işçi, 0,5 şt. dosent
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – i.e.n., dosent, müəllim

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri ilə - № F-519,   22.11.2020-ci il