Sevinc  Ələkbərzadə  Tofiq

Sevinc Ələkbərzadə Tofiq

"Xarici dillərin tədrisi mərkəzi" nin dosenti

رابط Avesis
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
Ali təhsil: Azərbaycan Dillər Universiteti
Bakalavr dərəcəsi – Filologiya (ingilis dili), fərqlənmə diplomu (1995-1999)
Magistr dərəcəsi – Dilşünaslıq (ingilis dili), fərqlənmə diplomu (1999-2001)
Beynəlxalq təhsil: ABŞ-ın Nyu-York Universiteti, Fulbrayt proqramı məzunu
Elmi dərəcə: Filologiya üzrə fəlsəfə doktoru
Elmi ad: Dosent
 
2. Nailiyyətlər və təltiflər
●      2012: Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi adına layiq görülüb – Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin ekspert qrupunun üzvü olaraq göstərdiyi obyektiv və səriştəli fəaliyyətə görə. ●      2024: Global Teacher Award mükafatı ilə təltif olunub - Təhsil sahəsində peşəkar bacarıqları və nümunəvi xidmətlərinə görə. Dosent S. Ələkbərzadə universitet müəllimləri arasında bu mükafatı alan ilk müəllimdir. ●      Bir çox yerli və beynəlxalq konfrans, forum, təlim və tədbirlərdə Azərbaycanı uğurla təmsil edib. o   2007: ABŞ Dövlət Departamentinin MİAS-2007 proqramı çərçivəsində Fulbrayt alim kimi Nyu-York Universitetində təhsil almış, Azərbaycanın bu proqram üzrə ilk və yeganə nümayəndəsi olub. o   2008: Antverp və Brüsseldə “Avropa Təhsil Qanunu və Siyasəti” assosiasiyası tərəfindən keçirilən təlimdə iştirak edib. o   200G: UNESCO-nun Parisdəki Baş Qərargahında Dünya Təhsil Konfransında iştirak edib və Azərbaycanı Ümumdünya Təhsil üzrə Qətnamənin hazırlanmasında təmsil edib. o   2010: İran İslam Respublikasında keçirilən İslam Dünyasının Qadın Alimlərinin Birinci Beynəlxalq Konfransında çıxış edib, İİR-nın Prezident və xanımı ilə görüşüb. o   2011: Xorvatiyada Beynəlxalq Universitetlər Mərkəzində Bioetika üzrə keçdiyi təlim UNESCO ekspertləri tərəfindən yüksək qiymətləndirilib. o   2013: Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində MDB ölkələrinin Gənc Ziyalılar Forumunda iştirak edib. o   2017: Davamlı Şəxsi İnkişaf proqramı – Kingston Universiteti, London.

 

 

2001-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb.
2009–2012-ci illərdə İngilis dili tarixi və leksikası kafedrasının müdiri vəzifəsində çalışıb.
2011 və 2022-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ADU-nun Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının sədri təyin olunub.
25 illik pedaqoji təcrübəyə malikdir. 
2015-ci ildən etibarən Azərbaycan Dövlət iqtisad Universiteti, UNEC-də SABAH, Beynəlxalq İqtisadiyyat Məktəbi və Maliyyə fakültələrində ümumi və işgüzar ingilis dili fənnini tədris edir. Tədrisdə akademik biliklər, beynəlxalq təcrübə ilə yanaşı milli-mənəvi dəyərlərin aşılanmasına da xüsusi önəm verir.
30-a yaxın elmi və publisistik məqalənin, tələbələr üçün dərs proqramlarının, monoqrafiya, audio və video dərsliyin müəllifidir. 
o   British Council təlimçisi
o   Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi
o   TESOL sertifikatlı beynəlxalq ingilis dili müəllimi
o   Global Teacher Award mükafatı qalibi