Doktorantura şöbəsi

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və
qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. 

Doktorantura üzrə ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Doktorantın təhsil müddətində vəzifələri:
*

- fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı kafedra iclaslarında hesabat vermək;
- ildə bir dəfədən az olmamaq şərtilə, attestasiyadan keçmək.

Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Attestasiya fərdi iş planının yerinə yetirilmə səviyyəsi və keyfiyyəti üzrə aparılır.

Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini (dissertasiyanı) bitirən şəxslər “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün  dissertasiya  işinin müdafiəsinə buraxılırlar.

اتصال

Ünvan: UNEC lV tədris binası, Otaq 104 (A.Səhhət küç. 45A)

هاتف

+ 994 (012) 440 57 49

البريد الإلكتروني

ilgar.seyfullayev@unec.edu.az

Digər bölmələr