Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və
qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Doktorantura üzrə ixtisaslar
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Doktorantın təhsil müddətində vəzifələri:
*
Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Attestasiya fərdi iş planının yerinə yetirilmə səviyyəsi və keyfiyyəti üzrə aparılır.
Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini (dissertasiyanı) bitirən şəxslər “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.