İnsan resursları şöbəsi

Ali məktəbin mövcud olduğu bütün dövrlərdə Kadrlar şöbəsi kimi fəaliyyət göstərmiş, 06.06.2014-cü il tarixdən isə İnsan resursları şöbəsi adlandırılmışdır.

Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır. Şöbə insan resurslarının idarə edilməsində 3«R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür.

Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Azərbayjan Dövlət İqtisad Universitetinin strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır:

Dürüstlük, Keyfiyyət, Bilik, İnsanpərvərlik, Davamlı inkişaf.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN İNSAN RESURSLARI ŞÖBƏSİNİN (İRŞ) ƏSASNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR

 1.1. İnsan resursları şöbəsi (bundan sonra “Şöbə” adlanacaq) Azərbaycan Dövlət İqtisad Universitetinin (bundan sonra “Universitet” adlanacaq) struktur bölməsidir və vəzifə bölgüsünə görə universitetin rektoruna  tabedir.

1.2. Ali təhsil müəssisəsinin fəaliyyətə başladığı dövrdən şöbə Kadrlar şöbəsi kimi  yaradılmışdır.

1.3. Şöbə öz fəaliyyətində Azərbayjan Respublikasının Əmək Məjəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Şöbə öz funksiyalarını həyata keçirmək üçün müvafiq ştamp və möhürə malikdir.

II. ŞÖBƏNİN ƏSAS MƏQSƏDİ

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bajarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır.

2.2. Şöbə insan resurslarının idarə edilməsində 3 «R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür.

2.3. Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Azərbayjan Dövlət İqtisad Universitetinin strateci məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır:

  • Dürüstlük;
  • Keyfiyyət;
  • Bilik;
  • İnsanpərvərlik;
  • Davamlı inkişaf.

  III. ŞÖBƏNİN ƏSAS FUNKSİYALARI

 Şöbə aşağıdakı əsas funksiyaları həyata keçirir:

3.1. Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasını təmin edir;

3.2. Beynəlxalq standartlara uyğun olaraq, universitetə kadrların jəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirir;

3.3. Universitet əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və onların motivasiyası prosedurlarını təşkil edir;

3.4. Universitetin strateji məqsədlərinə müvafiq adekvat insan kapitalını formalaşdırmaq və onların mütəmadi inkişafına nail olmaq məqsədilə müasir treninq və tədris  kurslarında iştirakını təmin edir;

3.5. Universitet əməkdaşlarının karyera planlaşdırılması üzrə prosedurları həyata keçirir;

3.6. Universitet əməkdaşlarının əməyinin ödənilməsi formalarının və məbləğinin müəyyənləşdirilməsinə dair təkliflər hazırlayır;

3.7. Tələb edilən meyarlar əsasında işçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsilə avtomatlaşdırılması üzrə fəaliyyətini həyata keçirir;

3.8. Universitetdə bütün mövcud vəzifələr üzrə vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir;

3.9. İnsan resursları üzrə sənədləşmələri və kadr-uçot işlərini aparır;

3.10. Universitetin inkişaf strategiyasına uyğun olaraq şöbənin strateji və taktiki planlarını, habelə insan resurslarına dair müxtəlif normativ sənədləri, hesabat və məlumatları hazırlayır;

3.11. Universitetdə insan resurslarını beynəlxalq standartlara müvafiq təşkili və təkmilləşdirilməsi məqsədilə xarici ölkələrin universitetləri ilə bu sahədə əməkdaşlıq edərək lazımi informasiya mübadiləsini aparır;

3.12. Şöbənin səlahiyyətlərinə dair məsələlər üzrə universitetə daxil olan müraciətlərə baxır, hüquqi və fiziki şəxslərin məktublarına və sorğularına javablar hazırlayır;

3.13. Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.

 

IV. ŞÖBƏNİN VƏZİFƏLƏRİ

4.1. İnsan resursları şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

4.1.1. Universitetin insan resurslarının planlaşdırılması prosesinə dair zəruri daxili normativ-metodoloji sənədlərin işlənib hazırlanması, beynəlxalq təcrübəyə müvafiq olaraq onların təkmilləşdirilməsinin təmin edilməsi;

4.1.2. Universitetdə işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, mövjud vakant ştatların komplektləşdirilməsi, habelə universitetin zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət;

4.1.3. Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət;

4.1.4. İşə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsinin təmin edilməsi;

4.1.5. İşə qəbul prosesinə dair sənədləşmələrin aparılması;

4.1.6. İnsan resurslarının planlaşdırılması və işə qəbul üzrə proqram və layihələrin həyata keçirilməsinin təmin edilməsi;

4.1.7. Şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi;

4.1.8. Təhsilin təşkili məqsədilə yerli və beynəlxalq treninq proqramlarının

araşdırılması və seçilməsi;

4.1.9. Əməkdaşların universitetdaxili və universitetdənkənar formalarda təhsili və inkişafı prosesinin təşkili;

4.1.10. Əməkdaşların təhsili üzrə təşkilatı tədbirlərin və müvafiq sənədləşmələrin aparılması;

4.1.11. Əməkdaşların karyera planlaşması prosesinin təşkili və aparılması;

4.1.12. Universitet əməkdaşlarının əməkhaqqı hədlərinin təhsil sistemində əməyin ödənişi səviyyəsinə uyğunlaşdırılması və bu sahədə rəqabətliliyin təmin edilməsi istiqamətində təkliflərin hazırlanması;

4.1.13. Universitet əməkdaşlarının fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsinin və bütün heyət üzrə anket sorğularının aparılması, bu sahədə müvafiq təkliflərin verilməsi;

4.1.14. Universitet əməkdaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması;

4.1.15. Universitetdə əməkhaqqı və motivasiya prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlanması;

 

 

Şəfahət Abdullayeva

Psixoloji Xidmət Mərkəzinin rəhbəri

Mərziyə Əzməmmədova

Psixoloq

Küşvər Abdullayeva

Psixoloq

Günay Əliyeva

Kiçik mütəxəssis

اتصال

هاتف

+(994) 12 492-87-64

البريد الإلكتروني

pages.other_sections