Şöbə əvvəlcə Texnologiya transfer şöbəsi kimi Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tərkibində fəaliyyət göstərib. 2025-ci ilin noyabr ayından “Universitet-sənaye əməkdaşlığı və texnoloji transfer” adlanaraq müstəqil şöbə kimi fəaliyyət gösərməyə başlayıb. Universitet-sənaye əməkdaşlığı və texnoloji transfer şöbəsi UNEC-in maraqları çərçivəsində, regional müəssisə və təşkilatların ehtiyaclarını və UNEC-in mövcud fundamental və strateji işlərinin biznes tələbatlarına uyğunlaşmasını, o cümlədən biliklərin texnologiyaya çevrilməsini, elmi tədqiqatlardan əldə olunan nəticələrin kommersiyalaşdırılmasını və iqtisadi proseslərdə
istifadə edilməsini təmin edir.
Texnologiyaların inkişafı və innovasiyaların stimullaşdırılması məqsədilə təşkilati xidmətlərin hüquqi mühafizəsi, ideya və ixtiraların müəllif hüquqlarının qorunması və patentləşdirilməsi şöbənin fəaliyyət istiqamətlərinə daxildir. Eyni zamanda, innovasiya sferasında konsaltinq, elmi-texniki və treyninq xidmətlərinin göstərilməsi də şöbənin səlahiyyətləri çərçivəsindədir. Şöbənin əsas vəzifələrinə aiddir: İnnovasiyalı texnologiyaların məlumat bazasının yaradılmasını həyata keçirmək; İnnovasiyalı texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi üzrə məsləhətlər vermək; İnnovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişlərini elmi-tədqiqat instutu və mərkəzlərinə yönləndirmək və s.