Beynəlxalq əməkdaşlıq

UNEC-in beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığını, beynəlxalq təhsil proqramlarında iştirakını, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Universitet dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. UNEC hazırda 30-dan çox ölkənin 100-dən artıq universiteti ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Bu əməkdaşlıqlar mübadilə proqramları, birgə elmi tədqiqatlar və layihələri əhatə edir. 

 

UNEC Erasmus+, Mevlana və digər beynəlxalq proqramlarda fəal iştirak edir. Tələbələr və müəllimlər üçün akademik mübadilə imkanları yaradılır. Universitetdə bir neçə ixtisas üzrə ingilis və rus dillərində təhsil verilir. UNEC-in beynəlxalq ikili diplom proqramları da mövcuddur. ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyə kimi ölkələrlə sıx əməkdaşlıq qurulub. 

0

İkili diplom proqramları

0

Tərəfdaş universitetlər

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. UNEC müxtəlif beynəlxalq konfrans və forumlarda təmsil olunur. 

Beynəlxalq reytinqlərdə yer almaq üçün universitet daim fəaliyyətini təkmilləşdirir. Xarici tələbələrin sayı ildən-ilə artır. UNEC beynəlxalq təhsil sahəsində rəqabət qabiliyyətli bir universitetə çevrilməkdədir. Beynəlxalq əlaqələr universitetin qlobal nüfuzunun güclənməsinə töhfə verir.

UNEC-də bakalaviatura, magistratura və doktorantura səviyyələri üzrə 650-dən yuxarı əcnəbi tələbə təhsil alır.

Əcnəbi tələbələr üçün qəbul qaydaları və miqrasiya prosesi

UNEC-in 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”, “Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiyasını qazanıb.

UNEC-in beynəlxalq əməkdaşlıq strategiyası qlobal trendlərə uyğun olaraq inkişaf etdirilir. Bu əlaqələr tələbələrə beynəlxalq təcrübə qazanmaq imkanı yaradır. UNEC-də həyata keçirilən beynəlxalq mübadilə proqramları tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

UNEC-də təhsil alan xarici tələbələr ABŞ, Türkiyə, Çin Xalq Respublikası, Malayziya, İndoneziya, Qazaxıstan, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus Respublikası, Gürcüstan, Əlcəzair, Keniya, Konqo, Maldiv, Mozambik, Somali və Tanzaniya kimi müxtəlif ölkələrin vətəndaşlarıdır.  Tələbələr əsasən maliyyə, komputer mühəndisliyi, beynəlxalq ticarət, logistika və dizayn ixtisaslarına üstünlük verirlər.

2025/2026-cı tədris ili üzrə 18 ölkədən olan 258 əcnəbi tələbə qəbul olunub. Bu, UNEC tarixində bir il ərzində qəbul edilmiş əcnəbi tələbələrin sayına görə ən yüksək göstəricidir. 

Tərəfdaşlar