Dissertasiya Şurası

Dissertasiya şuraları elmi tədqiqatların müdafiə olunması, qiymətləndirilməsi və müvafiq elmi dərəcələrin verilməsi məqsədilə yaradılmış rəsmi orqanlardır.

Dissertasiya şuralarının məqsədi: Fəlsəfə doktoru və elmlər
doktoru dissertasiyalarının müdafiəsinin keçirilməsi; müdafiə
olunmuş dissertasiyaların elmi səviyyəsinin, tədqiqatın elmi
yeniliyinin və praktiki əhəmiyyətinin qiymətləndirilməsi;
elmi dərəcə verilməsi üçün AAK-a rəyin təqdim 
olunması və s. 

UNEC-də elmi dərəcə almaq istəyən doktorantlar və dissertantlar üçün 3 Dissertasiya şurası fəaliyyət göstərir:
FD 1.11 Dissertasiya şurası
ED 2.10 Dissertasiya şurası
BFD 4.21 Dissertasiya şurası 

FD 1.11 dissertasiya şurası 2011-ci ildən UNEC nəzdində İAETİ nəzdində fəaliyyət göstərir. Fəlsəfə doktoru elmi dərəcəsi almaq 
üçün dissertasiyaların müdafiəsinin təşkili məqsədilə yaradılmış bu dissertasiya şurası 01 noyabr 2019-cu il tarixindən FD 1.11 qeydiyyat nömrəsi ilə fəaliyyətini davam etdirmişdir.

FD 1.11 dissertasiya şurasının sədri i.e.d., prof. Yadulla Həsənli, sədr müavini i.e.n., dos. Nazim Hacıyev, elmi katibi i.f.d. Rəşad Hüseynovdur. Şuranın tərkibi 24 nəfərdən ibarətdir. Dissertasiya şurasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün şurada 4 ixtisas üzrə dissertasiya işlərinin müdafiəsi təşkil edilir. 
Ətraflı məlumat

UNEC nəzdində fəaliyyət göstərən ED 2.10 qeydiyyat nömrəli Dissertasiya şurası 7 aprel 2023-cü il tarixində 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, 5307.01 – “İqtisadi nəzəriyyə”, 5308.01 – “Ümumi iqtisadiyyat” və 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisaslarında iqtisad elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili məqsədilə yaradılmışdır.

ED 2.10 Dissertasiya şurasının sədri i.e.d., prof. Yaşar Kəlbiyev, sədr müavini i.e.d., prof. Rasim Həsənov, elmi katibi Suqra Hümbətova təyin edilmişdir. Şuranın tərkibi 24 nəfərdən ibarət olmaqla təsdiq edilmişdir. 
Ətraflı məlumat

BFD 4.21 Birdəfəlik Dissertasiya şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2023-cü il tarixli 3-50/3-1-1-248/2023 nömrəli əmri ilə yaradılmış və səlahiyyət müddəti 01.11.2025-ci il tarixinədək müəyyən edilmişdir.

BFD 4.21 Birdəfəlik Dissertasiya şurasının sədri i.e.d., prof. Gülənbər Əzizovasədr müavini i.ü.f.d., dos. Azər Mehtiyev, elmi katibi i.f.d., dos. Sahib Məmmədovdur.
Ətraflı məlumat