UNEC tələbələri üçün CFA İnstitutunun sertifikatını əldə etmək imkanı!

  • 09 oktyabr 2025

Bakı Fond Birjası, CFA İnstitutu ilə tərəfdaşlıq çərçivəsində UNEC tələbələrinə maliyyə və investisiya sahəsində beynəlxalq səviyyədə tanınan CFA Institute Investment Foundations® sertifikat proqramında iştirak etmək imkanı yaradır!

Proqram haqqında qısa məlumat:

Bu kurs tələbələrə qlobal maliyyə sisteminin quruluşu, etik məsuliyyətlər və investisiya sənayesi barədə əsas bilikləri təqdim edir. Proqtam maliyyə, iqtisadiyyat və ya biznes sahəsində karyera planlaşdıran tələbələr üçün ideal başlanğıcdır.

Üstünlüklər: 

  • CFA İnstitutundan beynəlxalq tanınan sertifikat əldə etmək
  • CFA Level 1 imtahanında iştirak haqqı Bakı Fond Birjası tərəfindən tam qarşılanacaq
  • CV və iş imkanlarını gücləndirmək
  • İnvestisiya, bazarlar və etik davranış barədə əsas anlayışları mənimsəmək
  • Bakı Fond Birjasının dəstəklədiyi peşəkar şəbəkənin bir hissəsi olmaq

Standart qiyməti 350$ olan bu proqram UNEC tələbələri üçün cəmi 79$-a təqdim olunur!

Son müraciət tarixi: 30 sentyabr 2025

Müraciət üçün: CV-nizi cv_karyera@unec.edu.az ünvanına, mövzu hissəsinə “CFA Certificate program” yazmaqla göndərin.