UNEC tələbələri tərəfdaş universitetlərdə 1 semestr və ya 1 il
oxuyaraq beynəlxalq təcrübə qazanır. Qəbul olunan
kreditlər UNEC tərəfindən tam tanınır.

Mübadilə proqramı nədir?

Orhun Beynəlxalq Mübadilə Proqramı Türk Dövlətləri Universitetlər Birliyi (TÜRKÜNİB) tərəfindən həyata keçirilən unikal bir akademik təşəbbüsdür. Bu proqram türk dövlətlərinin ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyi, ortaq elmi layihələr və mədəni əlaqələr qurmağı hədəfləyir.

Proqram çərçivəsində UNEC tələbələri bir semestr tərəfdaş universitetlərdə aşağıdakı imkanı əldə edirlər:

Təhsil almaq, yeni bilik və bacarıqlar qazanmaq

Fərqli tədris mühitində inkişaf etmək

Orhun proqramı tələbə və müəllimlər üçün:

Yeni üfüqlər açır, onlara yalnız akademik deyil, həm də şəxsi inkişaf baxımından dəyərli beynəlxalq təcrübə qazandırır.

Bu proqram türk dövlətlərinin gənclərini bir araya gətirərək ortaq dəyərlərin paylaşılmasına və güclü təhsil şəbəkəsinin formalaşmasına xidmət edir.

UNEC üçün Orhun mübadilə proqramı, universitetin beynəlxalqlaşma strategiyasının vacib hissəsi olmaqla, tələbə və müəllim heyətinə qlobal perspektiv və yeni imkanlar təqdim edir.

Tərəfdaşlar