Ətraf Mühitin Qlobal Problemləri Tədqiqat Mərkəzi

 

Ətraf Mühitin Qlobal Problemləri UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 30 aprel 2024-cü il tarixli iclasının 195№-li Qərarı və UNEC rektorunun 01 avqust 2024 tarixli 702/3/2024№-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 01 avqust 2024-cü il tarixli 702/3/2024 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Çinin Wenzhou Universitetinin Ali kateqoriyalı beynəlxalq eksperti, dəvətli professoru Xəlilov Elçin Nüsrət oğluna həvalə edilmişdir.

Məqsəd:

Ətraf Mühitin Qlobal Problemləri UNEC Tədqiqat Mərkəzinin məqsədi qlobal ekoloji çağırışları, iqlim dəyişikliklərini, təbii ehtiyatların idarə olunmasını və dayanıqlı inkişaf məsələlərini elmi əsaslarla öyrənmək, həm Azərbaycan, həm də beynəlxalq miqyasda ekoloji siyasətin formalaşdırılmasına analitik dəstək verməkdir.

Əsas məqsədlər:

  • Qlobal miqyasda ətraf mühit problemlərinin (iqlim dəyişikliyi, çirklənmə, biomüxtəlifliyin itirilməsi və s.) elmi tədqiqi.
  • Azərbaycanın ekoloji təhlükəsizliyi və resurs idarəçiliyi üzrə təkliflər hazırlamaq.
  • Dayanıqlı inkişaf hədəfləri (SDGs) çərçivəsində ekoloji siyasətin gücləndirilməsinə dəstək vermək.
  • Ətraf mühit problemlərinin iqtisadi və sosial təsirlərini təhlil etmək.
  • Gənc tədqiqatçıların və tələbələrin ekoloji mövzular üzrə elmi fəaliyyətini təşviq etmək.
  • Beynəlxalq təşkilatlar və elmi mərkəzlərlə əməkdaşlıq edərək qlobal təcrübəni öyrənmək və tətbiq imkanlarını araşdırmaq.

Mərkəzin missiyası qlobal və yerli ekoloji problemlərin elmi əsaslarla öyrənilməsi və dayanıqlı inkişaf naminə həll yollarının təklif olunmasıdır.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-mail

UNEC-in I tədris korpusu (Bakı, İstiqlaliyyət küçəsi, 6)

Digər Tədqiqat Mərkəzləri