UNEC olaraq tələbələr və məzunlar üçün iş axtarışı, karyera məsləhətləri və təcrübə proqramları kimi karyera dəstəyi təqdim edirik
Mərkəz UNEC, Azərbaycan Respubliksı Gənclər və İdman
Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir.
Biz tələbələrimizin şəxsi və akademik məqsədlərinə nail olmalarına kömək edir və təhsil prosesində onları mənəvi və ruhi olaraq dəstəkləyir. Bu, universitet kimi bizim üçün mühüm bir vəzifədir.
UNEC Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi verilən səlahiyyətlər çərçivəsində ali təhsilin bütün səviyyələrində təhsilalanların və məzunların karyera inkişafında və məşğulluqlarının tənzimlənməsində yardım göstərir.
Gənclər üçün Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır. Mərkəz öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış memorandum əsasında həyata keçirir. Mərkəz öz vəzifərini yerinə yetirərkən təhsilalanlar və məzunlar üçün UNEC-in struktur bölmələri, universitet adından dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Məzunlar Assosiasiyası – 260/1/2022 nömrəli 18 noyabr 2022-ci il tarixli Əmrlə UNEC Məzunlar Assosiasiyası fəaliyyətə başlamışdır. Assosiasiyanın UNEC üzrə İşçi Qrup üzvlərinin məzunlarla əlaqələrinin genişləndirilməsi, Fəxri məzunların karyera məsləhəti saatlarının təşkili, Məzun Forumu, Həmrəylik Günü, Fəxri məzunlara Məzun Kartlarının təqdim olunması və gələcəkdə Endowment Fund yaradılması ilə bağlı işlərin icrası davam etdirilir.
UNEC Məzunlar Assosiasiyasına üzv olmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək xahiş olunur.
https://forms.gle/FfNRnuZrLsKHrmkN6
Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır
Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur
UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC məzunları, magistrləri müraciət edə bilərlər