Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 9 oktyabr 2019-cu il tarixli Qərarına əsasən yaradılıb.

Mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi i.ü.f.d. Məmmədova Sevda Kərim qızına həvalə edilib.

Məqsədi:

UNEC-in Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin məqsədi səhiyyə sisteminin iqtisadi əsaslarını öyrənmək, onun səmərəliliyini, davamlı maliyyələşməsini və əhali rifahına təsirini elmi cəhətdən təhlil etməkdir.

Əsas istiqamətlər və məqsədlər:

- Səhiyyə sahəsində iqtisadi tədqiqatlar aparmaq, resurslardan istifadə səmərəliliyini qiymətləndirmək;

- Tibbi xidmətlərin maliyyələşməsi, idarə olunması və rəqabətqabiliyyətliliyinin artırılması üzrə elmi əsaslı təkliflər hazırlamaq;
- Dövlət orqanları və səhiyyə müəssisələri üçün strateji qərarların hazırlanmasına 
dəstək vermək;
- Səhiyyə iqtisadiyyatı üzrə elmi bazanı zənginləşdirmək, yeni yanaşmalar və modellər işləyib hazırlamaq;
- Beynəlxalq təcrübəni öyrənmək və Azərbaycan səhiyyə sisteminə tətbiq imkanlarını araşdırmaq.

 

Yəni mərkəzin əsas məqsədi səhiyyə sahəsində iqtisadi dayanıqlığın, effektiv idarəçiliyin və əhalinin sağlamlıq rifahının yüksəldilməsinə elmi-analitik dəstək verməkdir.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

(+994) 012-492-57-31

E-mail

sitmerkezi@unec.edu.az ; sevda_mammadova@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri