Mərkəz UNEC-in intellektual potensialının tətbiqi istifadəsi üzrə effektivliyinin artırılması, həmçinin professor-müəllim və tələbə-magistr kollektivinin əqli fəaliyyətinin kommersiyalaşması məqsədi ilə yaradılmış bir bölməsidir.
Mərkəzin əsas məqsəd və istiqamətləri: Universitet işçiləri və tələbələrinin aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunması; Biznes mərkəzi xidmətləri üçün bazar təklifi və tələbatı üzrə təhlillər aparılması; tələbələrə sahibkarlıq fəaliyyətinin öyrədilməsinə yardım edilməsi; müvəqqəti yaradıcılıq üzrə müəyyən kollektivlərin təşkili və onlar tərəfindən müstəqil fəaliyyətin aparılması üçün şəraitin yaradılması və s.