UNEC Sığorta Məktəbi UNEC-in Elmi Şurasının 29 iyun 2018-ci il tarixli iclasının Qərarına əsasən yaranmışdır.
MƏQSƏDİMİZ:
İqtisadi və sosial elmlər üzrə elmi tədqiqatlar aparmaq, tədqiqat nəticəsində ortaya çıxan problem, təklif və tövsiyələri elmi mühit, cəmiyyət, dövlət və özəl sektor qurumları ilə bu və digər formada bölüşmək; Tədqiqatların aparılmasını təşviq etmək və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində təkliflər vermək.VƏZİFƏLƏRİMİZ:
Elmi tədqiqat işləri və layihələri həyata keçirmək; beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək; müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək; hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq; ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək və s.UNEC rektorunun əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik h.f.d. Abbasbəyli Mustafa Aslan oğluna həvalə edilmişdir.