Xanım Tədqiqatçılar Şurasının əsas məqsədi sosial elmlərin ən aktual mövzuları üzrə yerli və beynəlxalq qadın tədqiqatçıları və alimləri bir araya gətirərək elmə akademik töhfələr verməkdir.
Xanım tədqiqatçılar şurası Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157№-li Qərarı və UNEC rektorunun 219/3/2018-li əmrinə əsasən yaranmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Xanım Tədqiqatçılar Şurası ictimai elmlər, o cümlədən siyasi elmlər, beynəlxalq hüquq, siyasi iqtisadiyyat və digər əlaqəli sahələrdə elmi və təhsil layihələri üzrə kampus daxilində və xaricində qadın tədqiqatçıların və alimlərin beynəlxalq tədqiqat şəbəkəsidir.
UNEC Xanım Tədqiqatçılar Şurası kampusda və ondan kənarda qadın alimlərə və tədqiqatçılara müxtəlif beynəlxalq proqramlar, seminarlar, konfranslar və tədqiqat təqaüdləri üçün müraciət etməkdə kömək etmək üçün çalışır. Bundan əlavə, o, qadın tədqiqatçıların və alimlərin tədqiqat maraq sahələrinə aid materialları UNEC icmasına təqdim edir. Xanım Tədqiqatçılar Şurası qadınların yaratdığı akademik təşəbbüslərə və layihələrə böyük diqqət yetirməklə qadın mərkəzli tədqiqat fəaliyyətlərini dəstəkləyir.
UNEC Xanım Tədqiqatçılar Şurasına tədqiqatçı kimi üzv olmaq istəyənlər UNEC XTŞ-ın üzvü olmaqda maraqlı olduğunu bildirərək, öz CV-nizi və tədqiqata marağı barədə niyyət məktubunu wrc@unec.edu.az ünvanına göndərə bilərlər. Üzvlük şərtləri haqqında ətraflı öyrənmək üçün wrc@unec.edu.az ünvanına müraciət edə bilərsiniz.