Afaq  Məmmədova

Afaq Məmmədova

Avesis linki
 Bakı, A.Səhhət, 45 (IV korpus)
 +(994) 12 541-56-93; 440-79-85
afaq.mamedovaa@mail.ru
 Məmmədova Afaq Faiq qızı 1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) işə başlamışdır.
2008-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat İnformatika” fakültəsinin Riyazi analiz ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının müəllimi və baş müəllimi vəzifəsində çalışıb.
2017-ci ildə Diferensial tənliklər ixtisası üzrə «Обратная задача теории рассеяния для растущего потенциала оператора Штурма – Лиувилля» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.
2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının dosentidir.
33 elmi məqalənin və konfrans materiallarının müəllifidir, onlardan 9-u Web of Science, 11-i isə SCOPUS Q2 və Q3 kateqoriyalı elmi-biblioqrafik bazasında indeksləşib və əsərlərin hər biri Google.scholar.com axtarış sistemində yer alır.
“Математический анализ 1” adlı dərs vəsaitinin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
ELMİ ƏSƏRLƏRİN SİYAHISI (hiperlinkli)

AKADEMİK PROFİLLƏR
Ailəlidir, iki övladı var.