Elmira Qocayeva

Elmira Qocayeva

i.f.d., dosent

Avesis linki
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
elmira_qocayeva@unec.edu.az 
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
11 dekabr 1972-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətində anadan olub.
1990-cı ildə Voznesenski N.A.  adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının“Mühasibat uçotu”, “Nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsinin ”İqtisadçı” ixtisasına qəbul olmuş və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib.
1995-ci ildə Azərbaycan Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı vəzifəsində çalışıb.
2004-2010-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
2010-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində “İqtisadiyyat” kafedrasında müəllim vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən  dosent elmi adına layiq görülüb.
2018-2021-ci illərdə ATMU-nun “Biznes İdarəçiliyi” fakultəsinin “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışıb.
06.10.2021-ci ildən UNEC-in  Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışıb.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.

Yerinə yetirdiyi elmi-tədqiqat işi ilə əlaqədar Respublika və Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış  etmişdir. 125 elmi əsərin, o cümlədən 2 dərs vəsaitinin, 2 dərslik, 2 monoqrafiyə və 15 proqramın müəllifidir.

Tədris etdiyi fənnlər:
“Azərbaycan iqtisadiyyatı”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Mövzu üzrə beynəlxalq mübadilə proqramlarında iştirak haqqında məlumat:

“Sosial Siyasət” və “Sosial və Təhsil Siyasəti” UNICEF 12.06.2019. Tərtib edilmiş proqramlar əsasında 17.10.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən sertifikat təqdim edilmişdir.

Dövlət təltifləri, fəxri adlar:

Fəxri Fərman №26, 29.06.2021
“Heydər Əliyev” medalı laureatı (media) №29H, 2024- Media Araşdırma Mərkəzi və Azər. KİVİHİ tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
“Heydər Əliyev” Fəxri media mükafatı - Media Araşdırma Mərkəzi və Azər. KİVİHİ
Universitet və digər təşkilatlar tərəfindən verilmiş mükafatlar: 
Təşəkkürnamə - Gənclərin Töhfəsi İctimai Birliyi
Təşəkkürnamə -  Universitetin  həyatında fəal iştirakına görə - Azərbaycan Dövlət İqtisad Universiteti   Bakı 19.06.2023
Təşəkkürnamə - Azərbaycan Turizm və Menecment Universitetinin 21 fevral 2020-ci il tarixdə  Azərbaycan Dövlət Iqtisad Universiteti, Bakı Dövlət Universiteti,Moldovanın Milli İqtisadi Tədqiqatçılar Institutu, Ukraynanin B.Xmelnitski adina Çerkasi Milli Universiteti, Bolqarıstanın m. Kiril va Mefodiy adına Velikotarnovski Universiteti, Rumınıyanın Buxarest "ARTIFEX" Universiteti, Estoniyanın Tallinn Dövlət Universiteti ya Ukraynanın Milli bioresurs ve Ətraf Mühit Universitetinin əmakdaşlığı ilə kecirilən "Qloballaşma şəraitində iqtisadi artım va sahibkarlığın prioritet istiqamətləri" mövzusunda Beynəlxalq dəyirmi masada istirak etdiyinə görə.


CBC telekanalında iqtisadçı ekspert kimi dəvət edilmişdir:


https://m.youtube.com/watch?v=lGdsfa5tEqk&t=3s
https://www.youtube.com/watch?v=cS-2W3R8GM4
https://www.youtube.com/watch?v=0MeLIApf6lE&t=4s
https://youtu.be/TCjezo7UQSk
https://www.youtube.com/watch?v=7podca45Uzo
https://youtu.be/6Y2armEQ_hE
2009 – ci ildə “Kənd yerlərində yoxsulluğun azadılmasının prioritet istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2011-ci ildə Azərbaycan Respublikası Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. (08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi).

Təşkilatlarda üzvlüyü

26.11.2018-ci il Bolqarıstan respublikasının Tsenova adına İqtisadiyyat Akademiyası və Moldova İqtisadiyyat Universiteti təşkilatcılıgı ilə kecirilən Beynəlxalq elmi praktiki konfransın təşkilat komitəsinin üzvü.
“Turizm sahəsində informasiya təhlükəsizliyi” Bolqarıstan respublikasının Beynəlxalq jurnalının redaksiya Şurasının üzvü.
20-21  avqust 2021-ci il tarixində Ulusararası Bilimsel Araştırmalar Konqresi UBAK-da Ankara, Turkiyə  təşkilat komitəsinin üzvü.
01-03 sentyabr, 2021-ci il tarixində Türkiyədə VII Uluslararası TURKCESS konfransında Elmi komitənin heyət üzvü seçilmişdir. http://2021.turkcess.net/tr/katilimcilar/ 
Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyası (Bolqarıstan)– 30 noyabr 2018 (Beynəlxalq elmi-praktik konfransın təşkilat komitəsinin üzvü).
“ARTIFEX” Universiteti (Ruminiya)– 23-24 may 2019 (Beynəlxalq İqtisadi Forumda təşkilat komitəsinin üzvü).
Çerkas Milli Universiteti (Ukrayna)– 26 noyabr 2019 (Beynəlxalq elmi-praktik konfransın təşkilat komitəsinin üzvü).
International Economic Symposium: "Innovative socio - economic approaches in the knowledge society". Editura “ARTİFEX” Bucureşti/ December 12-13, Bucharest-2023 (Komitə təşkilatının üzvü)
National Institute for Economic Research International Scientific-Practical Conference Economic Growth in the conditions of globalization XVIth Edition October 12-13, 2024 Conference proceedings Volume II Chisinau, 2024. Komitə təşkilatının üzvü seçilib.
12-13 dekabr 2024-cü il tarixdə Xarkov Milli Aerokosmik Universitetində keçirilən “Sahibkarlığın idarə edilməsinin maliyyə mexanizminin təşkili” mövzusunda Beynəlxalq elmi-praktik konfransın təşkilat komitəsinin üzvüdür.
Tourism conference Bulgaria - COMMITTEES (google.com) Komitə təşkilatının üzvü.
"Qlobal Çağırışlar Qarşısında İqtisadi İnkişaf. Dayanıqlı İnkişaf, Demoqrafik Dayanıqlıq və Sosial Bərabərlik Strategiyaları" Beynəlxalq Elmi-Praktik Konfrans – XIX, 9-10 oktyabr 2025-ci il. Elmi komitənin üzvüdür. nce.md/international-scientific-practical-conference-economic-growth-in-the-face-of-globalchallenges-strategies-for-sustainable-growth-demographic-resilience-and-socialequity-xixth-editi/
2025-ci il oktyabrın 24-də Müqəddəs Kiril və Mefodiy adına Velikоtirnovo Universitetində “Rəqəmsallaşma. İqtisadiyyat. Turizm” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.  Beynəlxalq Elmi/Proqram Komitəsinə daxil edilib. Beynəlxalq dəyirmi masa elmi-tədqiqat layihəsinin rəhbəri tərəfindən təşkil olunub. Layihənin mövzusu: “Texnoloji innovasiyaların turizm istiqamətlərinə tətbiqinin stimullaşdırılması (üçölçülü rəqəmsal məhsullar nümunəsində)”. https://sites.google.com/view/conference-vtu-tourism/home?authuser=0