Əminə Qafarova Fazil
“Material mühəndisliyi” laboratoriyasının böyük laborantı
30.04.1982-ci ildə Laçın şəhərində anadan olub.
1999-ci ildə orta məktəbi bitirib.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəşünaslıq Fakültəsinin “İstehlak mallarının əmtəəşünaslığı və keyfiyyətinin ekspertizası” ixtisası üzrə bakalavr, 2004-2007-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsil pilləsini müvəffəqiyyətlə bitirib.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində laborant, 2007-ci ildə böyük laborant, 2012-ci ildə “İstehlak mallarının əmtəəşünaslığı və keyfiyyətinin ekspertizası” kafedrasında laboratoriya müdiri vəzifəsində çalışıb.
2021-ci ildən UNEC-də “Laboratoriya İşinin Təşkili Mərkəzi”nin “Material mühəndisliyi” laboratoriyasında böyük laborant vəzifəsində çalışır.
15-ə qədər elmi məqalə və tezisin müəllifidir.