Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.
Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur.
1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.
2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri (2021-ci ildən), Avropa Gimnastikasının prezidenti (2017-ci ildən), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü (2017-ci ildən), III MDB Oyunlarının Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədr müavini (2025-ci il). UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri (2025-ci ildən).
16 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən gənclər və idman naziri təyin edilmişdir.
Evlidir, iki oğlu, bir qızı var.