Fəridə  İsmayılova

Fəridə İsmayılova

Avesis linki

Bakalavr təhsili:
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ümumi texniki fənnlər və fizika
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Riyaziyyat və informatika (fərqlənmə diplomu)

Magistr təhsili:
Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin təşkili və idarəolunması (MBA), Beynəlxalq Biznes ixtisası (fərqlənmə diplomu)
Hacettepe Universiteti, Maliyyə ixtisası

2011-2020-ci illər ərzində müxtəlif respublika liseylərində pedaqoji fəaliyyət göstərmişdir.
2020-ci ildən  Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin mütəxəssisidir.
2020-ci ildən UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasında müəllim (0,5 şt.) kimi fəaliyyət göstərir.

2018-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqədə informatika fənni üzrə birinci yerin qalibi olmuşdur.
Bir sıra beynəlxalq, regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülmüşdür.