Məcnun Qadir oğlu Məmmədov 1983-cü ili sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonu Yuxarı Məzrə kəndindəndir.
2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili almışdır.
2004-cü ildə "Billur & Astron" şirkətində mühasib vəzifəsində başlayıb.
2005-ci ildə Qazaxıstanın Almatı şəhərində "ABN AMRO Bank Kazakhstan" bankında təcrübə keçib.
2006-2007-ci illərdə hərbi xidməti keçmişdir.
2007-ci ildə "Deloitte" şirkətində maliyyə məsləhətçisi vəzifəsində işləməyə başlayıb.
Daha sonra "AER" MMC-də 2010–2011-ci illərdə həmin qurumun direktoru olub.
2011-2015-ci illərdə "Modern Group" şirkətrlər qrupunda biznesin inkişafı üzrə direktor olub və əsasən aqrar layihələrə nəzarət edib.
2017-ci ildə ABŞ-də "Aqrobiznesdə İnnovasiya və Effektivlik" üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olmuşdur.
2015–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub.
2022-ci ildə Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlamışdır.
14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir.