
Məhəbbət Paşayeva
1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildən АМЕА-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi fəaliyyətə başlayıb. 1988-ci ildən elmi tədqiqatlarını Moskvada, SSRİ EA N.N.Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunda davam etdirib. 2000-ci ildə namizədlik, 2013-cü ilin aprelində doktorluq dissertasiyasını (“Azərbaycanlıların adət və inancları” mövzusunda) müdafiə edib. Tarix elmləri doktorudur.
03.06.2019-cu il tarixindən Multikulturalizm mərkəzinə ictimsai əsaslarla rəhbər təyin edilib.
Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının professorudur.
2013-2014-cu illərdə Frankfurt-Main Johann Wolfgang Goethe Universitetinin “Khinalug Documentation Project” layihəsində iştirak edib, layihə çərçivəsində “The History and Etnography of Shahdagh Peoples” adlı monoqrafiyası ingilis dilində nəşr olunub.
Xarici və respublika jurnallarında nəşr edimiş 100-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın (biri xaricdə nəşr olunmaqla) və 2 metodik vəsaitin müəllifidir. Türkiyə, İngiltərə, İtaliya, Rusiya, Belarusda keçirilən bir sıra beynəlxalq konfranslarda iştirak edib. “Qədim dünya ölkələrinin iqtisadi tarixi” və “Şimali Azərbaycan XX əsrin əvvəllərində” mövzusunda 2 metodik vəsaitin, 3 monoqrafiyanın, 50-dək elmi məqalənin müəllifidir.