Mehriban  Cavadova  Alim

Mehriban Cavadova Alim

"Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti

Avesis linki
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə N.A.Voznesenski  adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialına  daxil olub, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Daha sonra elmi fəaliyyətini davam etdirərək kafedrada qalmış, aspiranturaya daxil olmuş və 2000-ci ildə müvəffəqiyyətlə aspiranturanı bitirib namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2001-ci ildən müəllim, daha sonra baş müəllim və 2008-ci ildən kafedranın dosentidir.
2001-2005-ci  illərdə fakültədə təlim-tərbiyə işləri üzrə  dekan müavini.
2005-2008-ci illərdə isə Magistratura Hazırlıq Mərkəzində baş inspektor və Elmi Şuranın katibi vəzifələrində çalışmışdır.
M.V.Lomonosov adına MDU-nin doktorantıdır.
2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İİM 010000 – “İqtisadiyyat”, II 010002 – “Mühasibat uçotu və audit” ixtisası üzrə magistraturaya qəbul imtahanlarının keçirilməsində Ekspert kimi fəaliyyət göstərmişdir.
01.04.2008 – 30.06.2008-ci ildə müqavilə əsasında elmi təlim (stajirovka) keçmək məqsədilə, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsi, “Uçot, təhlil və audit” kafedrasına təyin olunmuşdur (06.05.2008-ci il, MDU, əmr № 1322ac).
Rusiya Federasiyası Moskva şəhəri Təhsil və Elm Sahəsində Nəzarət Federal Xidmətinin 31.10.2007-ci il tarixli 2246№-li qərarı ilə, İqtisad elmləri namizədlik diplomunun nostrifikasiyasının şəhadətnaməsini əldə etmişdir.
30.06.2018-ci ildən hal-hazıra kimi UNEC-in Magistr Dissertasiya Müdafiyə Komissiyasının katibi vəzifəsində çalışmışdır.
25.06.2023-cü ildən UNEC-in nəzdində fəaliyyət göstərən FD 1.11 Dissertasiya Şurası nəzdində Elmi seminarın üzvlərinin tərkibinə daxil edilmişdir (əmr №162/1/2023).
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.

20-yə yaxın elmi məqalənin, 10-a yaxın tədris-metodik vəsaitin və 1 kitabın (birgə müəllifliklə dərcinin) müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Tədqiqat sahələri
“İdarəetmə uçotu”, “Xərclərin idarəedilməsi”, “Maliyyə uçotu”
 
Ailəlidir, 2 övladı var.