Mehriban Kərimzadə

Mehriban Kərimzadə

Avesis linki
Bakı şəhəri, Həsən Əliyev küçəsi, 135, II tədris binası
Telefon: +(994) 12 564-67-85
mehriban_karimzada@unec.edu.az
Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (bakalavr pilləsini) bitirib.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura təhsil piləsini bitirib.
2006-cı ildən “ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasına dissertant təhkim olunub.
2002-ci ildən “ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant, baş laborant vəzifəsində, 2004-cü ildən saat hesabı müəllim, 2011-ci ilin sentyabr ayından  0,5 ştat, daha sonra tam ştat müəllim işləyib.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi idi.
2014-cü ilin oktyabr ayından İqtisadiyyat və sənaye, hazırda İqtisadiyyat fakültəsinin dekan müavinidir (sos.məzuniyyət).
2016-cı ildə namizədlik dissertasiya işini müdafiə edib. İqtisad üzrə fəlsəfə doktorudur.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir. 

“Ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrobiznesin rolu və inkişaf istiqamətləri” mövzusu üzrə dissertasiya işini tamamlayıb. 8 elmi əsərin, 5 tədris proqramının müəllifidir.