Mikayıl Çingiz oğlu Cabbarov 19 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub.
1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2019-cu ildən), Azərbaycan Respublikasının vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021), Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri (2024).