Nərgiz  Əliyеvа

Nərgiz Əliyеvа

Avesis linki
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
Əliyеvа Nərgiz Əmiraslan qızı 1964-cü ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuşdur.
1980-cı ildə Bakıdakı 176 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1985-2000-ci illərdə Azərbaycan Milli Bankında kredit şöbəsində çalışmışdır.
2001-ci ilin may ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasının müəllimi işləyib.
Daha sonra “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.
Ailəlidir, iki övladı var.