Ramin  Quluzadə

Ramin Quluzadə

Ramin Namiq oğlu Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı şəhəri Yasamal rayon 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, həmin institutu 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr pillələri üzrə bitirmişdir.
2005-ci ildən 2015-ci ilədək Heydər Əliyev Fondunda çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmiş və nazir vəzifəsini müvəqqəti icra etmişdir.
15 yanvar 2016-cı ildə həmin vəzifədən azad edilərək rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
13 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunmuşdur.
2021-ci ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilmiş və Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 may 2014-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).
Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.