Rauf Salayev

Rauf Salayev

Avesis linki
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Salayev Rauf Arif oğlu 1970-ci il aprelin 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1987-ci ildə Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsini bitirmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu və TASİS proqramı üzrə Böyük Britaniyanın Nottingem-Trent Universitetinin “Managment” (Menecment) ixtisasını bitirmişdir.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir.
2007-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetində 08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (makroiqtisadiyyat)” ixtisası üzrə “Azərbaycan Respublikasında rabitə xidməti infrastrukturunun innovasiya idarə edilməsi” mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir. 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda maliyyə üzrə ixtisasını artırmışdır.
1993-1994-cü illərdə “Bakı şifer və keramika məmulatları” kombinatında iqtisadçı;
1994-1996-cı illərdə “Azəryeyintisənaye” tikinti trestində baş iqtisadçı və şöbə rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasında Auditor Xidməti Departamentinin və nəzarət departamentinin baş mütəxəssisi;
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimi işləmişdir.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “Tətbiqi iqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

Malliyyə, vergi və iqtisadiyyatın digər sahələrinin aktual problemlərinə aid olan 80 elmi əsərin (o cümlədən 3 dərsliyin, 1 kollektiv monoqrafiya və 8 tədris proqramının) müəllifidir və həmmüəllifidir.

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

1997-ci ildə  Birləşmiş Millətlər Təşkilatının (BMT) və TASİS proqramı üzrə  Azərbaycan Respublikasının Auditorlar Palatası və Almaniyanın Gottingen Universitetinin «International Accounting Principles and Audit Techniques» (Beynəlxalq Mühasibat Prinsipləri və Auditinin Texnikası) üzrə ixtisasını bitirmişdir    BMT-nın UNCTAD (United Nations Conference on Trade Development) beynəlxalq fərqlənmə sertifikatına layiq görülmüşdür. 

1998-ci ildə Almaniyanın Avropa Meklenburg-Vorpommern Akademiyasının “Financial management” (Maliyyə menecmenti) üzrə ixtisası bitirmişdir və ACCA (Association of Chartered Certified Accountans) beynəlxalq sertifikatına layiq görülmüşdür. 

26-29 aprel 2022-ci il tarixdə UNEC-in  elmi rəhbər kimi, Təşkilat Komitəsinin XII Avrasiya İqtisadi Gənclər Forumunun (AİGF) “Rusiya və dünya yeni reallıqlarda: dünya iqtisadi münasibətlərində dəyişikliklər” forum iştirakçılarının Azərbaycan Respublikası meydançasında hazırlanmasına görə təşəkkürnamə ilə təltif olunub. 

2017-ci ildə Ümumdünya elm günü, sülh və inkişaf naminə, “Elm aylığı” çərçivəsində UNEC dosentlər arasında keçirilən elmi məqalə müsabiqəsində 3 yeri tutduğuna görə diplom ilə təltif olunub.

2023-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisasında dissertasiyaların müdafiəsi üzrə daimi fəaliyyət göstərən Elmi Seminarın üzvüdür.
İki övladı var.