Rafail Rzayev   Zeynal

Rafail Rzayev Zeynal

İAETİ-nin Elmi katibi, "Biznesin idarə edilməsi" kafedrasının baş müəllimi

Avesis linki

Rafael_rzayev@unec.edu.az
+(994) 12 492-32-86  (18-46 daxili: 2-37)
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I Tədris binası)

1956-cı il oktayabrın 10-da Ağdam rayonunun Xındırıstan kəndində anadan olub.
1971-1979 -
Azərbaycan Dövlət Universiteti, Kimya fakultəsi, kimyaçı,
1993-1997-  Bakı Dövlət Universiteti, hüquq fakultəsi, hüquqşünas,
Magistratura -
Doktorantura - 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsini,
1997-ci ildə Bakı Dövlət UNiversitetinin hüquq fakultəsini, bitirib.

Azərbaycan Dövlət Universiteti – laborant, baş laborant, laboratoriya müdiri, baş müəllim,
1972-1973-cü illərdə Bakı Elektrik maşınqayırma zavodunda çilingər şagirdi, çilingər, 1973-1974-cü illərdə Azərbaycan Dövlət Universitetində baş preparator, 1976-1978-ci illərdə 2-saylı Evtikmə kombinatında fəhlə, qəlibçi, 1978-1992-ci illərdə Azərbaycan Dövlət Universitetində laborant, baş laborant, laboratoriya müdiri və baş müəllim vəzifələrində çalışıb.

1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində sədrin birinci müavini vəzifəsində çalışıb.
1996-2003-cü illərdə Bakə Dövlət Universitetində kiçik elmi işçi vəzifəsində işləyib.
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat baş müəllim, baş müəllim, 2010-cu ildən Universitetin nəzdindəki İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda Elmi katibidir. 
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – yarımştat müəllim
Hazırda "Biznesin idarə edilməsi" kafedrasında 0,5 ştat baş müəllimidir.

2013-cü ildə AR Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2021-ci ildə AR Təhsil Nazirliyinin fəxri fərmanı,  6 ixtira.