Vüqar Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarəedilməsi" fakültəsini bitirib.
1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.
1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997–2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor müdiri, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini — sektor müdiri olub.
2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir.
2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.