Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.
1986–1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil almışdır.
Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil oldu və 2001-ci ilin iyununda bakalavr dərəcəsi aldı.
2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak etdi.
2002–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.
2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil oldu və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi aldı.
2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak etdi.
2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldu və 2012-ci ildə bitirdi. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı oldu. O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak etdi. İki ay sonra-Sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya getdi.
2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul oldu. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd aldı. 2011-ci ilin mayında, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələndi.
17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Evlidir, iki övladı var.