Moskva Dövlət Humanitar İqtisad Universiteti
Proqramın modeli
Tələbələr birinci və ikinci tədris ilində UNEC-də təhsil alır, sonra üçüncü tədris ilində MDHİU-da təhsillərini davam etdirirlər. Dördüncü tədris ilində tələbələr UNEC-ə qayıdıb təhsillərini başa vururlar. Akademik tələblərini yerinə yetirən tələbələrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və UNEC diplomu veriləcəkdir.
İxtisaslar
- MÜHASİBAT UÇOTU VƏ AUDİT
Qəbul Şərtləri
Minimum orta bal (ÜÖMG) 71
Rus dili biliyinə sahib olmaq
Tələb olunacaq sənədlər (azərbaycan)
- Akademik transkript
- Ərizə
- Tədris dili – Rus
Proqram detalları
- Xaricdə təhsil müddəti 1 il
- Sənəd Qəbulu 01-30 May
- Ödəniş – 155.000 Rubl
- Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.
Universitet haqqında
Rusiya Federasiyasının “Moskva Dövlət Humanitar və İqtisad Universiteti” Nazirlər Sovetinin “Moskva Əlillər üçün İnternat İnstitutunun təşkili haqqında” 11.10.1990-cı il tarixli 1011 saylı qərarı ilə təsis edilmişdir. Universitetdə 8 fakultə və 39 ixtisas fəaliyyət göstərir.