Moskva Dövlət  Humanitar İqtisad Universiteti

Moskva Dövlət Humanitar İqtisad Universiteti

Proqramda UNEC-in Rus İqtisad Məktəbinin (RESH) tələbələri və rus dilini bilən UNEC-in digər fakültələrinin tələbələri iştirak edə bilər.

Tələbələr birinci və ikinci tədris ilində UNEC-də təhsil alır, sonra üçüncü tədris ilində MDHİU-da təhsillərini davam etdirirlər. Dördüncü tədris ilində tələbələr UNEC-ə qayıdıb təhsillərini başa vururlar. Akademik tələblərini yerinə yetirən tələbələrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və UNEC diplomu veriləcəkdir.

İxtisaslar

  • MÜHASİBAT UÇOTU VƏ AUDİT

Qəbul Şərtləri

Minimum orta bal (ÜÖMG) 71

Tələb olunacaq sənədlər (azərbaycan)

  • Akademik transkript
  • Ərizə
  • Tədris dili – Rus

Proqram detalları

  • Xaricdə təhsil müddəti  1 il
  • Sənəd Qəbulu 
01-30 May
  • Ödəniş – 155.000 Rubl
  • Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.

Universitet haqqında

Rusiya Federasiyasının “Moskva Dövlət Humanitar və İqtisad Universiteti” Nazirlər Sovetinin “Moskva Əlillər üçün İnternat İnstitutunun təşkili haqqında” 11.10.1990-cı il tarixli 1011 saylı qərarı ilə təsis edilmişdir. Universitetdə 8 fakultə və 39 ixtisas fəaliyyət göstərir.

Tərəfdaşlar