Daxili Audit Şöbəsi

Şöbə universitetin fəaliyyətinin səmərəli, şəffaf, qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə nəzarət funksiyasını yerinə yetirir. 

Daxili audit şöbəsi Elmi Şuranın 29.04.2014-cü il tarixli qərarı ilə yaradılmışdır. Şöbənin məqsədi daxili audit və nəzarət tədbirlərinin aparılmasına vahid yanaşmanın təmin edilməsi, universitetin strukturlarında fəaliyyət istiqamətləri üzrə aşkar edilmiş nöqsanların baş vermə şəraitinin və səbəblərinin, mövcud hüquqi və praktiki problemlərin müəyyənləşdirilməsi, onların aradan qaldırılması və

qabaqcıl təcrübənin tətbiq olunmasının işlənib hazırlanması üçün aidiyyatı üzrə təkliflərin verilməsi, əməli və metodiki köməkliyin göstərilməsi, universitetin strukturları və ayrı-ayrı əməkdaşlarının fəaliyyətindəki nöqsanlar barədə daxil olan mənbəyi bəlli məlumatların düzgünlüyünün təxirəsalınmaz qaydada yoxlanılması və nəticələri üzrə müvafiq tədbirlərin görülməsidir.

 

Şöbənin fəaliyyəti istiqamətləri:

1. Universitet rəhbərliyinin, habelə, qanunvericiliklə müəyyən edilmiş təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icra edilməsi;

2. Maliyyə hesablarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
3. Rəhbərliyin tapşırığı əsasında xüsusi araşdırmaların aparılması;

*

4. Şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi nəzarət sistemini tənzimləyən normativ metodiki bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

5. Şöbəyə həvalə edilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə universitetin struktur bölmələrində monitorinqlərin keçirilməsi.

Şöbə xəbərləri

01 dekabr 2025
UNEC ilə Qırğızıstanın 5 universiteti arasında əməkdaşlığa dair razılq əldə olunub
28 noyabr 2025
UNEC ilə Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlığa dair razılıq əldə edilib
27 noyabr 2025
UNEC ilə Bişkek Dövlət Universiteti əməkdaşlıq edəcək
27 noyabr 2025
UNEC ilə Tunku Abdul Rahman Universiteti (UTAR) arasında əməkdaşlıq memorandumu imzalanıb
26 noyabr 2025
UNEC nümayəndə heyəti Qırğızıstanda: Manas Universiteti ilə əməkdaşlıq imkanları genişləndirilir
24 dekabr 2024
UNEC Almaniyanın Köln Beynəlxalq Biznes Məktəbi ilə razılıq əldə edib
17 dekabr 2024
UNEC ilə Almaniya universiteti arasında tədqiqatla bağlı memorandum imzalanıb

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

(994) 12 492-59-03 (1133)

E-mail:

r.muradov@unec.edu.az

Digər bölmələr