Tədris kataloqu UNEC-də tədris prosesinin bütün mərhələlərini, ixtisasları, fənləri, qaydaları və akademik tələbləri sistemli şəkildə təqdim edən əsas məlumat-mənbəyidir.
Tədris kataloqu — universitetdə hər bir ixtisas üzrə tələbəyə təqdim olunan fənlərin siyahısını, kredit saylarını, tədris müddətini, əlavə tələbləri və təhsil prosesinin strukturunu özündə birləşdirən
kompleks sənəddir.
Kataloqda UNEC-100 İnkişaf Strategiyası, Universitetdaxili intizam qaydaları, Etik Davranış Kodeksi, Tədris Elektron İdarəetmə Sistemi, imtahanların və təcrübənin təşkili, qəbul qaydaları və s. öz əksini tapmışdır.
Kataloqda eyni zamanda idarəetmə və eləcə də ixtisaslar, fakültələr, mərkəz və məktəblər, kolleclər və filiallar, beynəlxalq əməkdaşlıq haqqında ətraflı məlumatlar yer almışdır.
Kataloqa bakalavriat, magistratura və doktorantura səviyyələrində mövcud ixtisaslar; hər proqram üzrə məqsəd və öyrənmə nəticələr; mütəxəssis hazırlığına dair ümumi məlumat; UNEC-də tədris edilən fənlərin siyahısı və məzmunu və s. aiddir.