N.Gəncəvi ad. Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi

UNEC-in Elmi Şurasının 16 iyun 2021-ci il tarixlində UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzinin nəzdində “Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi”  yaradılmışdır.

 

Mərkəzin  dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində 5 əsas məqsədi vardır. Bu məqsədlər aşağıdakılardır:

1. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində insan kapitalının inkişaf etdirilməsi;

2. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində tədqiqatlar potensialının gücləndirilməsi;

3. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə biznes-tədqiqatlar-inkişaf formulası əsasında bu sahələrdə ixtiraların və innovasiyaların inkişafının təşviq etdirilməsi;

4. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində Dövlət-Özəl Sektor-Universitetlər-Tədqiqatlar-QHT-lər- tərəfdaşlığının təşviq etdirilməsi;

5. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində cəmiyyətin maarifləndirilməsi.

 

Mərkəz Mərkəzin icraçı direktorundan, Müşahidə Şurasından və tədqiqatçılardan ibarətdir. Müşahidə Şurasında dövlət-özəl sektor, akademik və QHT nümayəndələri təmsil olunur. 28 sentyabr 2021-ci il tarixində mərkəzə rəhbərlik “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Mirzəyeva Gülnar İsmayıl qızına həvalə edilmişdir.

Mərkəzin üzvləri:

Последние новости

24 января 2025
UNEC-in Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında Memorandum imzalanıb

Связаться с нами

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Телефон

+(994) 12 449-91-13

Электронная почта

yashil.iqt@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri