UNEC-in Elmi Şurasının 16 iyun 2021-ci il tarixli online iclasının EŞ 179 №-li qərarının icrasını təmin etmək məqsədilə UNEC-in Beynəlxalq magistratura və doktorantura mərkəzinin nəzdində “Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi” yaradılmışdır.
28 sentyabr 2021-ci il tarixində UNEC-in BMDM nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzində görüləcək işlərə rəhbərlik “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Mirzəyeva Gülnar İsmayıl qızına həvalə edilmişdir.
Mərkəzin dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində 5 əsas məqsədi vardır. Bu məqsədlər aşağıdakılardır:
1. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində insan kapitalının inkişaf etdirilməsi;
2. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində tədqiqatlar potensialının gücləndirilməsi;
3. Azərbaycanda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə biznes-tədqiqatlar-inkişaf formulası əsasında bu sahələrdə ixtiraların və innovasiyaların inkişafının təşviq etdirilməsi;
4. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahələrində Dövlət-Özəl Sektor-Universitetlər-Tədqiqatlar-QHT-lər- tərəfdaşlığının təşviq etdirilməsi;
5. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində cəmiyyətin maarifləndirilməsi.
ÜZVLƏR:
– PhD (i.f.d.) Süleymanlı Cavid Elxan – UNEC “İqtisadiyyat və texnoloji elmlər” kafedrası, 0.5 ştat müəllim
– Məmmədov İlkin Müslüm – TC İstanbul Universiteti, İqtisadiyyat ixtisası üzrə doktorant (İstanbul/Türkiyə)
– t.e.d. dos. Məmmədov Fuad Faiq – Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorun müavini
– prof.dr. Necmi Altın – TC Qazi Universitesi, Teknoloji Fakültesi, Elektrik-Elektronik Mühendisliği Bölümü, professor (Ankara/Türkiyə)
– prof.dr. Nilgün Kuşkonmaz – TC Yıldız Teknik Üniversitesi, Kimya-Metalurji Fakültesi, Metalurji ve Malzeme Mühendisliği Bölümü, professor (İstanbul/Türkiyə)
– dos. İmanova Günel Tələt – ARETN Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi
– dos. Godwin Olasehinde Williams – TC İstanbul Ticarət Universitetinin iqtisadiyyat fakültəsinin dosenti (İstanbul/Türkiyə)