UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 557/3/2023 №-li əmrinə əsasən yaradılıb.
UNEC Rektorunun 26.07.2023-cü il tarixli əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyə Respublikası Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Ekonometri Bölümünün dosenti Mücahit Aydın-a həvalə edilmişdir.
MƏQSƏD:
UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin məqsədi elmi-tədqiqat fəaliyyətində müasir metodların tətbiqini təşviq etmək, tədqiqatçılara metodoloji dəstək göstərmək və elmi işlərin keyfiyyətini yüksəltməkdir.
Əsas məqsədləri:
- Müasir elmi-tədqiqat metodlarını öyrənmək və tətbiqini təmin etmək;
- Doktorantlara, dissertantlara və gənc tədqiqatçılara metodoloji dəstək göstərmək;
- Elmi işlərin hazırlanmasında statistic və analitik metodlardan istifadənin təkmilləşdirilməsi;
- Elmi araşdırmaların etibarlılıq və obyektivliyinin artırılmasına kömək etmək;
- Müasir proqram təminatlarının (statistika, data analitika, model qurma və s.) elmi tədqiqatlarda tətbiqini təşviq etmək;
- Metodoloji sahədə təlimlər, seminarlar və məsləhət xidmətləri təşkil etmək;
- Beynəlxalq metodoloji yanaşmaları öyrənərək yerli elmi tədqiqatlara inteqrasiya etmək.
Mərkəzin rəhbəri, Türkiyənin Sakarya Universitetinin “Siyasal Bilgiler” Fakültesi, “Ekonometri” Bölümünün dosenti (Sakarya/Türkiyə)
TC Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Siyaset Bilimi ve Kamu Yönetimi Bölümünün professoru (Sakarya/Türkiyə)
TC Bolu Abant İzzet Baysal Universitetinin professoru (Bolu/Türkiyə)
İspaniyanın Castilla-La Mancha Universitetinin Tətbiqi İqtisadiyyat Departamentinin professoru (Syudad-Real/İspaniya)
Bahçeşehir Kipr Universitetinin İqtisadiyyat, İnzibati və Sosial Elmlər Fakültəsi Biznesin İdarəedilməsi Bölümünün və Pakistanın ILMA Universitetinin dosenti (Lefkoşa/Kipr; Kəraci/Pakistan)
TC Gazientep Universitetinin dosenti (Gazientep/Türkiyə)
Rumıniyanın Buxarest Politexnik Universiteti və Pitesti Universitetinin professoru (Buxarest/Rumıniya)
TC Osmaniye Korkut Ata Universitetinin Mühasibatlıq və vergi kafedrasının müdiri (Osmaniyə/Türkiyə)
TC Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsinin Maliyyə kafedrasının elmi işçisi və müəllimi (Sakarya/Türkiyə)