Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi

UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 557/3/2023 №-li əmrinə əsasən yaradılıb.

UNEC Rektorunun 26.07.2023-cü il tarixli əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyə Respublikası Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Ekonometri Bölümünün dosenti Mücahit Aydın-a həvalə edilmişdir.

MƏQSƏD:

UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzinin məqsədi elmi-tədqiqat fəaliyyətində müasir metodların tətbiqini təşviq etmək, tədqiqatçılara metodoloji dəstək göstərmək və elmi işlərin keyfiyyətini yüksəltməkdir.

Əsas məqsədləri:

- Müasir elmi-tədqiqat metodlarını öyrənmək və tətbiqini təmin etmək;
- Doktorantlara, dissertantlara və gənc tədqiqatçılara metodoloji dəstək göstərmək;
- Elmi işlərin hazırlanmasında statistic və analitik metodlardan istifadənin təkmilləşdirilməsi;
- Elmi araşdırmaların etibarlılıq və obyektivliyinin artırılmasına kömək etmək;
- Müasir proqram təminatlarının (statistika, data analitika, model qurma və s.) elmi tədqiqatlarda tətbiqini təşviq etmək;
- Metodoloji sahədə təlimlər, seminarlar və məsləhət xidmətləri təşkil etmək;
- Beynəlxalq metodoloji yanaşmaları öyrənərək yerli elmi tədqiqatlara inteqrasiya etmək.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-mail

resmethod@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri