UNEC BİR KƏMƏR, BİR YOL UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 9 oktyabr 2019-ci il tarixli iclasının 167 №-li Qərarı və UNEC rektorunun 1020/3/2019 №-li əmrinə əsasən yaradılıb.
Məqsədi
Bir Kəmər, Bir Yol Tədqiqat Mərkəzi"nin məqsədi ümumilikdə Çin
tərəfindən irəli sürülmüş "Bir Kəmər, Bir Yol" (Belt and Road Initiative- BRI) layihəsinin müxtəlif aspektlərini – iqtisadi, siyasi, sosial və mədəni təsirlərini –araşdırmaq, elmi təhlillər aparmaq və bu təşəbbüsün iştirakçı ölkələrə, o cümlədən Azərbaycana potensial faydalarını və risklərini müəyyənləşdirməkdən ibarətdir.
1. Elmi-tədqiqat fəaliyyətləri aparmaq
- "Bir Kəmər, Bir Yol" təşəbbüsünün iqtisadi və geosiyasi nəticələrini
təhlil etmək.
- Regional və qlobal ticarət əlaqələrində bu təşəbbüsün rolu barədə araşdırmalar aparmaq.
- Azərbaycana təsirlərini (müsbət və mənfi) qiymətləndirmək.
2. Strateji analiz və siyasət təklifləri hazırlamaq
- Hökumət və özəl sektor üçün tövsiyələr hazırlamaq.
- Azərbaycanın təşəbbüsdə daha səmərəli iştirakı üçün siyasət
variantları irəli sürmək.
3. Regional və beynəlxalq əməkdaşlığı təşviq etmək
- Çin və digər "Bir Kəmər, Bir Yol" ölkələrinin tədqiqat institutları ilə əməkdaşlıq qurmaq.
- Beynəlxalq konfranslar, forumlar və işçi görüşlərində iştirak və
təşkilatçılıq etmək.
4. Maarifləndirmə və ictimaiyyətin məlumatlandırılması
- Kitablar, məqalələr, analitik hesabatlar dərc etmək.
- Seminarlər, təlimlər, ictimai müzakirələr keçirmək.
5. Gənc tədqiqatçıların və mütəxəssislərin yetişdirilməsi
- Tələbələr və gənc mütəxəssislər üçün təqaüd proqramları
və tədqiqat imkanları yaratmaq.