UNEC BİR KƏMƏR, BİR YOL Tədqiqat Mərkəzi

UNEC BİR KƏMƏR, BİR YOL UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 9 oktyabr 2019-ci il tarixli iclasının 167 №-li Qərarı və UNEC rektorunun 1020/3/2019 №-li əmrinə əsasən yaradılıb.

UNEC Rektorunun 1059/3/2019 -li əmrinə əsasən mərkəzə rəhbərlik Çin Xalq Respublikasının Lanju Universitetinin Mərkəzi Asiya Tədqiqat İnstitutunun dəvətli professoru, “Bir kəmər, bir yol. Elm və texnika” Alyansının baş katibinin müavini, Çin Xalq Respublikasının vətəndaşı,  s.ü.f.d. Renying Liyə həvalə edilmişdir.


Məqsədi

Bir Kəmər, Bir Yol Tədqiqat Mərkəzi"nin məqsədi ümumilikdə Çin
tərəfindən irəli sürülmüş "Bir Kəmər, Bir Yol" (Belt and Road Initiative- BRI) layihəsinin müxtəlif aspektlərini – iqtisadi, siyasi, sosial və mədəni təsirlərini –araşdırmaq,
elmi təhlillər aparmaq və bu təşəbbüsün iştirakçı ölkələrə, o cümlədən Azərbaycana potensial faydalarını və risklərini müəyyənləşdirməkdən ibarətdir.

1. Elmi-tədqiqat fəaliyyətləri aparmaq
- "Bir Kəmər, Bir Yol" təşəbbüsünün iqtisadi və geosiyasi nəticələrini
təhlil etmək.
Regional və qlobal ticarət əlaqələrində bu təşəbbüsün rolu barədə araşdırmalar aparmaq.
- Azərbaycana təsirlərini (müsbət və mənfi) qiymətləndirmək.

2. Strateji analiz və siyasət təklifləri hazırlamaq
- Hökumət və özəl sektor üçün tövsiyələr hazırlamaq.
Azərbaycanın təşəbbüsdə daha səmərəli iştirakı üçün siyasət
variantları irəli sürmək.

3. Regional və beynəlxalq əməkdaşlığı təşviq etmək
- Çin və digər "Bir Kəmər, Bir Yol" ölkələrinin tədqiqat institutları ilə əməkdaşlıq qurmaq.
- Beynəlxalq konfranslar, forumlar və işçi görüşlərində iştirak və
təşkilatçılıq etmək.

4. Maarifləndirmə və ictimaiyyətin məlumatlandırılması
- Kitablar, məqalələr, analitik hesabatlar dərc etmək.
Seminarlər, təlimlər, ictimai müzakirələr keçirmək.

5. Gənc tədqiqatçıların və mütəxəssislərin yetişdirilməsi
 - Tələbələr  gənc mütəxəssislər üçün təqaüd proqramları
 tədqiqat imkanları yaratmaq.

Mərkəzin üzvləri:

联系我们

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

电话

+(994) 12 492-57-31

电子邮件

bkbytmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri